Göyçayda aqroturizm üzrə təlimlər

post-img

“Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fermerlər üçün növbəti təlim "Ailə təsərrüfatlarında aqroturizm fəaliyyətlərinin praktik təşkili" mövzusu üzrə Göygöl rayonunda təşkil olunub. 

Təlimdə aqroturizm sahəsi üzrə rayonun Toğana, Çaykənd, Şəhriyar, Topalhəsənli, Toğana­lı və digər kəndlərində fəaliyyət göstərən ümumilikdə 20 fermer iştirak edib. Təlimlər həm nəzə­ri, həm də təcrübi modullar üzrə baş tutub. Təlim iştirakçıları aqroturizmin əsas prinsipləri, aqroturizm fəaliyyətlərinin icra­sı, təhlil və strategiya metodla­rı, biznes planın hazırlanması, marketinq alətlərindən effektiv istifadə və digər mövzular üzrə məlumatlandırılıblar. Təlimin so­nunda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırıl­ması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, elə­cə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm im­kanlarının yaradılmasıdır.

 

“Xalq qəzeti”

İqtisadiyyat