Tütün əkini ilə bağlı müqavilələr bağlanılıb

post-img

Bu il Oğuz rayonunda 150 hektar sahədə tütün əkilməsi proqnozlaşdırılır. Hazırda rayonun təsərrüfatlarında tütün əkininə hazırlıq işləri davam etdirilir. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, tütün əkini ilə əlaqədar 13 fermerlə müqavilə bağlanılıb.

A.Adıgözəlovun sözlərinə görə, cari möv­sümdə “Azərtütün” ASC tərəfindən 66 hektar, “Azəri” Korporasiyası tərəfindən 74 hektar, fiziki şəxslər tərəfindən isə 10 hektar sahədə tütün əkilməsi planlaşdırılır.

Xatırladaq ki, rayonda son illər tütünçülüyün inkişafına diqqət və qayğı artıb. Qeyd edək ki, ötənilki mövsümdə oğuzlu fermerlər 67 hektar sahədən 196,3 ton quru tütün əldə ediblər. Bu il bu göstəricinin xeyli artacağı gözlənilir. 

 

“Xalq qəzeti”

İqtisadiyyat