“Yaşıl enerji” Avropaya nəql ediləcək

post-img

Energetika Nazirliyində Rumıniya Hökumətinin Baş katibi Marian Neacșunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı “yaşıl enerji”nin Azərbaycandan Qara dəniz vasitəsilə Avropaya tranziti məsələləri ətrafında müzakirələr aparılıb.

Energetika nazirinin müavini Samir Vəliyev Azərbaycan və Rumıniya ara­sında əlaqələrin strateji tərəfdaşlıq sə­viyyəsində olduğunu bildirib və enerji sahəsində gündəliyin geniş olduğunu vurğulayıb. Təbii qaz, elektrik enerjisi, xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq imkanları barədə danışıb.

Görüş zamanı ötən ilin dekabrında Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahə­sində strateji tərəfdaşlıq haqqında Sa­ziş”in icrası məqsədilə 4 ölkənin nazirləri arasında gerçəkləşən ilk iclasda qəbul edilmiş qərarlardan irəli gələn məsələlər nəzərdən keçirilib. Tədbirdə, həmçinin ənənəvi və bərpaolunan enerji sahəsi ilə yanaşı, enerji səmərəliliyi və ener­ji məsələlərinin tənzimlənməsi kimi is­tiqamətlərdə də əməkdaşlığın inkişaf et­dirilməsinin əhəmiyyəti vurğulanıb. 

Görüşdə Energetika Nazirliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələ­ri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

 

“Xalq qəzeti”

İqtisadiyyat