“Azərsu” ən fəal dövlət müəssisəsidir

post-img

Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin rüblük yekunlarına dair “dəyirmi masa” keçirilib. Tədbirdə 2022-ci ilin dekabr – 2023-cü ilin fevral ayları ərzində daxil olmuş müraciətlər, onların icra vəziyyəti və digər məsələlər müzakirə edilib.

Onlayn İctimai Nəzarət Platforması foto və video sübutu olan boru sızma­sı, məişət tullantılarının idarə olunması, yol örtüyü, ağaclar, açıq lyuklar və digər bu kimi problemlərə dair müraciətləri aidiyyəti dövlət orqanlarına yönləndirir və onların həllinə nail olur. Rübün nə­ticələrinə görə, müraciətlərdə qeyd olu­nan problemlərin təxminən 70 faizdən çoxu həllini tapıb.

Rübün nəticələrinə əsasən, 19 dövlət qurumu vətəndaşların müraciət­lərinə baxılması və bu müraciətlərdə qeyd olunan problemlərin həllində fəal olub və onlara müvafiq təltiflər təqdim olunub. “Azərsu” ASC vətəndaşların müraciətlərini operativ şəkildə həll edən “Ən fəal dövlət müəssisəsi” mükafatına layiq görülüb.

Digər beş dövlət qurumuna Onlayn İctimai Nəzarət Platforması ilə əmək­daşlıq edərək vətəndaşların müraciətlə­rində qeyd olunan problemlərin həllində göstərdikləri köməyə görə təşəkkür­namələr təqdim edilib. Bununla yana­şı, Onlayn İctimai Nəzarət Platforması tərəfindən keçirilən “Fəal vətəndaş-5” müsabiqəsinin qalibləri də təltif edilib.

 

“Xalq qəzeti”

İqtisadiyyat