Bank sektorunun mənfəəti artıb

post-img

Cari ilin yanvar ayında Azərbaycanın bank sektoru 90,3 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 faiz çoxdur.

Azərbaycan Mərkəzi Bankının mə­lumatına görə, 2022-ci ildə bankların əməliyyat gəlirləri 358,2 milyon manat, əməliyyat xərcləri isə 217,9 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən mü­vafiq olaraq 35,8 faiz və 28,4 faiz çoxdur. Ötən il bank sektorunun xüsusi ehtiyat­lara ayırmaları 27,3 milyon manat (28,2 faiz çox), mənfəət vergisi ödəmələri isə 22,7 milyon manat (62,1 faiz çox) təşkil edib. İl ərzində banklar tərəfindən digər xərclərə 0,1 milyon manat ayrılıb. 

Qeyd edək ki, hazırda Azərbaycanda 25 bank fəaliyyət göstərir.

İqtisadiyyat