Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında Azərbaycanda işsiz statuslu şəxslərin sayı 302,4 min nəfərə bərabər olub.
Bu göstərici ötən ilin müvafiq dövründə 315, 8 min nəfərə bərabər idi. İşsizlərin sayının azalması nəticəsində ölkədə işsizlik səviyyəsi 5,95 faizdən 5, 6 faizə qədər azalıb.
Qeyd edək ki, hesabat dövründə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfər olub, onlardan 5 milyon 056,5 min nəfərini məşğul əhali təşkil edib.
“Xalq qəzeti”

