Güzəştli kreditlərin 69,7 faizi regionların payına düşür

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində verilmiş güzəştli kreditlərin 69,7 faizinin regionların payına düşdüyünü bildirib.


O qeyd edib ki, regionlarda bizneslərin dayanıqlılığının artırılması və sahibkarlıq mühitinin təşviqi prioritet istiqamətlərdəndir.
Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi, ünvanlılığı və şəffaflığı getdikcə gücləndirilir. Uğurlu ölkələrin təcrübələri əsasında biznes startaplarının və inkubatorlarının, ixracyönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri təkmilləşdirilir. Nəticədə sahibkarlıq fəaliyyətinə başlamaq və mövcud fəaliyyətini genişləndirmək istəyənlər, xüsusilə kiçik və orta bizneslər üçün yeni maliyyələşmə mexanizmləri yaradılır. Bu əsasda sahibkarlara dəstək üzrə sərf olunan maliyyə vəsaitinin 20‒30 faizinin mikro, 35‒45 faizinin kiçik və 25‒35 faizinin isə orta sahibkarlara yönəldilməsi nəzərdə tutulur. 

“Xalq qəzeti” 

İqtisadiyyat