Bakı Limanının yük dövriyyəsi 13,6 faiz artıb

post-img

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2022-ci il ərzində yük dövriyyəsi 13,6 faiz artaraq 6 milyon 314 min ton təşkil edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin məlumatına əsasən, ötən il limandan aşırılmış yüklərin 53 faizi Türkmənistan limanları hesabına olub və ümumi həcmi 3 milyon 359 min ton təşkil edib. Qazaxıstan limanları ilə isə dövriyyə 2 milyon 382 min 956 ton olub, bu isə ümumi dövriyyənin 38 faizini təşkil edib. Digər limanlarla yük dövriyyəsi 571 min ton təşkil edib.
Xatırladaq ki, limanın 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteyner təşkil edir.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır.


“Xalq qəzeti”

İqtisadiyyat