İtaliyalı nazir: Bu gün “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan tərəfdaşlıq tarixi bir hadisədir

post-img

İki ölkə arasında dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən tutmuş mədəniyyətədək müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsini təmin edir. Bu gün Azərbaycanın nəhəng “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir. Bu, həmçinin dövlətin səlahiyyətində olan əlavə imkanlar hesabına təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Mingəçevir şəhərində İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.

“Beləliklə, biz yeni bir səhifəni açırıq, enerjiyə, təmiz enerjiyə keçidi təmin etməyə çalışırıq. Qeyd etmək istəyirik ki, “Ansaldo Energia”nın avadanlıqları bu gün dünyanın bir çox yerlərində istismar olunur və onlar etibarlılığına görə universal şəkildə tanınır. Onlar italyan mühəndisliyinin məhsulu olmaqla yanaşı, İtaliyada istehsal edilmiş ən yaxşı mallarımızın mühüm hissəsidir və biz bundan fərəhlənirik. Bu mənada beləliklə, əminəm ki, İtaliyanın bacarıqları Azərbaycanda ətraf mühitə dair qanunvericiliyin qoyduğu tələblər əsasında hamı üçün enerjinin təmin edilməsinə yönəlmiş Sizin milli energetika planınızı müşayiət edəcək ən yaxşı alət olacaqdır, - deyə italiyalı nazir bildirib.

İqtisadiyyat