Azərbaycan Respublikasının Ali Məhkəməsinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirirəm. Mən təqribən 15 ildir Azərbaycanla əməkdaşlıq edirəm. Bu səbəbdən bölgədə baş verən proseslərlə və ölkə ilə tanışam.
Bunu AZƏRTAC-a açıqlamasında “Lansky, Ganzger, Göth, Frankl + Partner” hüquq şirkətinin İdarəedici Tərəfdaşı Qabriel Lanski söyləyib.
Bildirib ki, o, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində ermənilərin arqumentlərinə qarşı Azərbaycanın mövqeyini müdafiə edib. Onun sözlərinə görə, ölkəmizdə qanunun aliliyi təmin olunub və Azərbaycan Respublikasının Ali Məhkəməsi bugünkü tədbirlə bu vacib məsələyə layiqli töhfəsini verdi.