Azərbaycanın daha bir idmançısı Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında fəxri kürsüyə qalxıb.
Aba güləşi yarışında mübarizə aparan Ağani Məmmədov (90 kiloqram) bürünc medal qazanıb.
Qeyd edək ki, sentyabrın 13-dək davam edəcək yarışlarda Azərbaycan 8 növdə 54 idmançı ilə təmsil olunur.