Talış kəndində səyyar tibbi müayinə

post-img

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə azad olunmuş ərazilərə qayıtmış əhalinin növbəti səyyar müayinələrini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti Ağdərə rayonunun Talış kəndində keçirib.

İnstitutun baş həkimi Nurlana Əliyeva XQ-yə bildirib ki, aksiya çərçivəsində artroloq, nevroloq, fizioterapevt-reabilitoloq və tibb bacısından ibarət heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektromioqrafiya və elektroencefaloqrafiya müayinələri aparılıb. Eyni zamanda, səhhətində problem aşkarlanan sakinlərə peşəkar məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, oynaq-dayaq əzələ, mədə-bağırsaq xəstəliklərinin, ümumi serebrovaskulyar xəstəliklərinin aşkar edilməsi, 3–16, 16–65 yaşlı insanlar arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb və müalicə təyinatı yazılıb. 

Aksiya zamanı 70-dən çox vətəndaş müayinələrdən keçirilib. Əhalinin sağlamlığının qorunması üçün maarifləndirici söhbətlər də aparılıb.

XQ

 

Son xəbərlər