Süni intellekt – lal və karların köməkçisi

post-img

Hazırda dünyada 70 milyon insan tamamilə kar, 230 milyon insan isə autizm və ya insult kimi xəstəliklər səbəbindən eşitmə və ya nitq pozuntusu yaşayır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, kar uşaqların 90 faizi normal eşitmə qabiliyyətinə malik valideynlər tərəfindən doğulur. Bu valideynlərin isə yalnız 25 faizi işarət (əl və barmaqlarla hərəkət) dilində danışır. Digərlərinin isə ünsiyyətdə ciddi problemləri olur.

Bundan başqa, eşitmə problemi olan insanların yalnız 2 faizinin ünsiyyət üçün lazım olan texnologiyaya çıxışı var. Çünki bu, ya çox bahadır, ya da onların fərdi ehtiyaclarına uyğunlaşdırıla bilmir. Buna görə də xəstələrin fərdi ehtiyaclarına uyğunlaşdırıla bilən ucuz “ağıllı əlcək” hazırlanıb. Bu əlcəkdən əsas ünsiyyət vasitəsi kimi işarət dilindən istifadə edən eşitmə və ya nitq qüsuru olan insanlar istifadə edə bilər. 

Əlcəklər istifadəçinin fərdi əl hərəkətlərini ölçən, izləyən və qeyd edən çoxsaylı sensorlarla təchiz olunub. İstifadəçilər, həmçinin əlcəyin “danışacağı” dili (məsələn, ingilis, fransız, ərəb) və səs növünü (məsələn, kişi, qadın, uşaq) seçmək imkanına malikdirlər. Əlcək jestləri bilək qurğusunda yerləşən displeydə görünən mətnə, sonra isə bilək montajında yerləşən mini dinamik vasitəsilə ötürülən nitqə çevirir. 

PÜNHAN 
XQ

 

İKT