“WhatsApp”-da daha bir funksiya olacaq

post-img

“WhatsApp” mesencerində istifadəçilərə bəzi kontaktları “Sevimlilər” kateqoriyasına əlavə etməyə imkan verən yeni funksiya olacaq.

Bu barədə şirkətin məlumatında bildirilib.

İstifadəçilər bu kateqoriyaya kontaktları əl ilə əlavə edə biləcəklər. Bu funksiyanın çoxlu sayda mesaj yazan və çoxlu zəng edənlər üçün faydalı olacağı gözlənilir. Funksiyanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır. 

 

Rizvan FİKRƏTOĞLU

XQ

İKT