İlk “Günəş”  yük maşını

post-img

İsveçin “Scania” şirkəti  dünyanın Günəş enerjisi ilə işləyən ilk unikal yük maşını modelini təqdim edib. Hazırda yük avtomobilləri İsveçdə ictimai yollarda sınaqdan keçirilir.

Hibrid yük maşını 560 at gücündə mühərrikə malikdir və elektriklə hərəkətini təmin edən yüngül Günəş panelləri ilə örtülmüşdür. Panellərin tərkibində peroksit adlanan minerallardan istifadə edilmişdir və bu da adi batareyalardan iki dəfə çox enerji istehsal edir. Şirkət iddia edir ki, bu panellər tərəfindən istehsal olunan günəş enerjisi ilə İsveçdə 5000 kilometrə qədər məsafəni, İspaniya kimi günəşli ölkələrdə isə iki dəfə artıq yol qət etmək mümkündür.

Qeyd edək ki, bu layihə iqlimə az təsir göstərən günəş enerjisi ilə işləyən yük maşınlarının yaradılmasına yönəlmiş tədqiqatların bir hissəsidir.

Aytən NƏCƏFOVA 
XQ

 

İKT