Süni intellekt “müğənni”dir

post-img

“Warner Music” şirkəti süni intellektli (Aİ) “pop müğənni”si ilə albom müqaviləsi imzalayıb. Şirkət həm də “Instaqram” fenomeni olan “Noonouri” ləqəbli süni zəkanın  “Dominoes” adlı mahnısının klipini yayımlayıb. Beləliklə, “Noonouri” albom müqaviləsi bağlayan  ilk “Aİ müğənnisi” kimi tarixə düşüb.

“Noonouri”nin səsi süni intellekt tərəfindən yaradılıb və bir az xırıltılıdır. Ancaq  qulağı yormur və izləyicilərinə xoş təsir bağışlayır. Həmçinin onun mahnısı üzərində işləyən musiqiçilər burada da qonorar və nəşr payları alacaqlar.

Qeyd edək ki, “Noonouri”  ilk dəfə 18 yaşında Nyu-York moda həftəsində tamaşaçı qarşısına çıxıb. Onun “Instagram”da 400 mindən çox izləyicisi var və “Dominoes”ə 52 mindən çox baxış olub. Süni intellektli “pop ulduzu”nun ildə təxminən, 2,6 milyon dollar qazandığı iddia edilir.

Əfsanə ƏHƏDLİ 
XQ

 

İKT