Kilian Mbappe İspaniya çempionatının 35-ci turu çərçivəsində keçiriləcək FC Barcelona – Real Madrid CF qarşılaşması üçün Madrid təmsilçisinin iştirak ərizəsinə daxil edilməyib.
XQ xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fransalı hücumçu yarımvətər əzələsindən aldığı zədə səbəbindən komandasının son olaraq “Espanyol”a qarşı keçirdiyi səfər oyununu da buraxmışdı. Həmin görüşdə madridlilər 2:0 hesablı qələbə qazanıblar.
Hazırda “Barselona” İspaniya La Liqasının turnir cədvəlinə 88 xalla liderlik edir. 77 xala malik “Real Madrid” isə ikinci pillədə qərarlaşıb. Komandalar arasında baş tutacaq prinsipial qarşılaşma bazar günü saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Kataloniya təmsilçisi bu oyunda məğlub olmayacağı təqdirdə vaxtından əvvəl İspaniya çempionluğunu rəsmiləşdirə bilər.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti

