Ülviyyə Fətəliyeva Azərbaycan çempioni oldu

post-img

Bu gün şahmat üzrə qadınların yarışında qalib və mükafatçılar məlum olub.

Şahmat Federasiyasından verilən məlumata görə, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5.

Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib. Tay-brekdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.

Qabil YUSİFOĞLU
 XQ



İdman