Yenilənmiş cüdo qaydaları

post-img

Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə növbəti nəzəri seminar keçirilib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, seminar ACF prezidentinin müşaviri Natiq Bağırov, qurumun hakimlər üzrə meneceri, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimli və Hakimlər Komitəsinin üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə təşkil olunub.

Təlimdə Beynəlxalq Cüdo Federasiyasının bu il yenilənmiş “İdman və təşkilatçılıq qaydaları” kitabı üzrə müddəalar və qaydalar ətrafında geniş müzakirələr aparılıb.

Qabil YUSİFOĞLU
XQ

İdman