Ne-vaza üzrə cüdo kuboku

post-img

Fevralın 16-da böyüklər arasında ne-vaza üzrə ACF Kuboku keçirilib

Abşeron Olimpiya İdman Kompleksi baş tutan yarışda 33 klub və idman cəmiyyətini təmsil edən 157 cüdoçu (137 kişi, 20 qadın) 11 dəst medal uğrunda mübarizə aparıb.

 Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançıların görüş zamanı yer (parter) texnikalarını inkişaf etdirməsinə və təkmilləşdirməsinə şərait yaradır. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi daha effektiv şəkildə məğlub etmək üçün vacib taktiki yanaşmaların formalaşmasında mühüm rol oynayır.

Gərgin keçən mübarizədən sonra mükafatçılar belə  müəyyənləşib: 

Qadınlar 48 kiloqram çəkidə- 1. Nərgiz Əhmədova (Champion 74), 2. Xumar Qasımzadə (Judo Club 2012), 3. Nuray Quluyeva (Abşeron Olimp İK), Gövhər Hüseynova (Judo Club 2012).

52 kiloqram çəkidə- 1. Leyla Əliyeva (Judo Club 2012), 2. Xədicə Namazlı (Neftçi İK), 3. Gülay Haqverdiyeva (Neftçi İK).

57 kiloqram çəkidə - 1. Şəfiqə Əhmədova (Neftçi İK), 2. Sonaxanım Rzayeva (Judo Club 2012).

63 kiloqram çəkidə - 1. Aydan Bağırlı (Azəri-Cüdo İKİB), 2. Elmira Mustafayeva (DİN İC), 3. Lalə Pənahova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ).

Kişilər

60 kiloqram çəkidə 1. Murad Əliyev (Ordu İdman Klubu), 2. Yusif Hüseynov (RKİM), 3. Sahib Babayev (RKİM), 
 Sadiq Qurbanov (Naftalan UGİM).

66 kiloqram çəkidə - 1. Elşən Əsədov (Atilla İK), 2. Nihad Rəhimov (RKİM), 3. Zeyd Ələsgərov (Sərhədçi İM), Nicat Süleymanlı (RKİM).

73 kiloqram - 1. Musaxan Gülməmmədov (Judo Club 2012), 2. Kənan Məmmədli (RKİM), 3. Elton İmranov (FHN İSK),  Fəqan Məmmədli (Judo Club 2012).

81 kiloqram çəkidə - 1. Asim Qulamzadə (Aydın Gənclər İK),  2. Kənan Məmmədli (Judo Club 2012), 3. İslam Abbasov (Judo Club 2012), Cahandar Haqverdiyev (Atilla İK).

-90 kiloqram çəkidə - 1. Rəsul Quliyev (Azəri-Cüdo İKİB), 2. Xəyyam Əliyev (Azəri-Cüdo İKİB), 3. Muhamməd İsmayılov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ), Tunar Abdullayev (Azəri-Cüdo İKİB).

100 kiloqram çəkidə - 1. Nihad Şıxəlizadə (FHN İSK), 2. Elşən Fərzəliyev (Jud Club 2012), 3. Elşən Nəbiyev (Aydın Gənclər İK).

100 kiloqramdan artıq çəkidə -1. Camal Feyziyev (Sərhədçi İM),
2. Murad Hüseynquliyev (AHİTA).

Qabil YUSİFOĞLU
XQ



























İdman