Azərbaycanın məşhur yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) bu il keçiriləcək Dünya çempionatından sonra karyerasını başa vuracaq.
Bu barədə mətbuata açıqlamasında 33 yaşlı idmançı özü məlumat verib.
Karyerası ilə bağlı qərar qəbul etdiyini deyən idmançı bu il də güləşə davam edəcəyini bildirib. O deyib: – Böyük ehtimalla Avropa çempionatında iştirak etməyəcəyəm. Ancaq ilin sonunda karyeram üçün önəmli olan Dünya çempionatına qatılacağam.
Xatırladaq ki, Eldəniz Əzizli 4 qat Dünya və 2 qat Avropa çempionudur. Cari ildə güləş üzrə Dünya çempionatı oktyabrın 24-dan noyabrın 1-dək Bəhreynin paytaxtı Manamada keçiriləcək. Avropa çempionatı isə aprelin 20-dən 26-dək Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq.
Qabil YUSİFOĞLU
XQ

