Yelena Parxomenko voleybol münsifidir

post-img

Azərbaycanın kişilərdən ibarət voleybol millisinin meneceri Yelena Parxomenko Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, o, kişi voleybolçular arasında keçirilən CEV Kubokunun 1/16 final oyununda iştirak edəcək.

Y.Parxomenko bu gün Rumıniyada keçirilən “CSM Corona” (Rumıniya) – “Volley Şönenverd” (İsveçrə) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman