Qılıncoynadanların Azərbaycan birinciliyi

post-img

Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, Azərbaycan Texniki Universiteti İdman Sarayının qılıncoynatma zallarında keçirilən yarışın son günündə gənclər arasında şpaqa və sablya növləri üzrə mükafatçılar müəyyənləşib.

Sablya növü üzrə qızların yarışında Leyla Əhmədova 1-ci, Fərəh Abasova 2-ci, Ayan Ağakişiyeva və Züleyxa Sultanlı 3-cü yeri tutublar.

Oğlanlarların həmin növdə yarışında Abbas Hüseynov 1-ci, Rəsul Əliyev 2-ci, Nahid Məmmədli və Timur Husnaddinov 3-cü yeri tutublar.

Şpaqa növündə isə qızların yarışında Xədicə Həsənli 1-ci, Mirnuray Abasova 2-ci, Nəzrin Mehdiyeva və Aynur Quliyeva 3-cü nəticə göstəriblər.

Oğlanların yarışında Mirxətai Məmmədov 1-ci, Vahab Fətullayev 2-ci, Osman Məmmədov və Səid Əliyev isə 3-cü olublar.

Qeyd edək ki, mükafatçılar Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qılıncoynatma Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Qabil YUSİFOĞLU
XQ

İdman