Yeni rekord – 50 oyunda 41 qol

post-img

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu tarixi rekorda imza atıb.

40 yaşlı forvard Macarıstan yığması ilə oktyabrın 14-də keçirilmiş oyunda (2:2) dubl edərək dünya çempionatının seçmə mərhələlərində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Ronaldu 50 oyunda 41 dəfə fərqlənməklə, Qvatemala millisinin hücumçusu Karlos Ruisin (39 qol) rekordunu yeniləyib.

Qabil YUSİFOĞLU
XQ

İdman