“Sabah”ın növbəti məğlubiyyəti

post-img

Azərbaycanın “Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində dünən növbəti matçını keçirib. B qrupunda yer alan komanda Bakıda Almaniya təmsilçisi “Alba” ilə qarşılaşıb. Milli Gimnastika Arenasında təşkil olunan görüş 76:85 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv keçirdiyi ilk matçda Çexiyanın “Nimburk” klubuna 65:93 hesabı ilə uduzub.

Qabil YUSİFOĞLU
XQ

İdman