Eltac Səfərli Avropa birincisi oldu

post-img

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, toplantıda komandalarla yanaşı, lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub. Azərbaycan təmsilçilərindən Eltac Səfərli 3-cü lövhədə 1-ci yeri tutmaqla qızıl medala layiq görülüb. Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Qadın şahmatçılardan isə Gülnar Məmmədova 4-cü lövhədə 3-cü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Mərasimdə Avropa çempionatında 2-ci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Qabil YUSİFOĞLU
XQ

İdman