“Messi kuboku” təsis edilib

post-img

“İnter Mayami”nin argentinalı kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib. 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Ulduz futbolçunun adını daşıyan “Messi kuboku” dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək. Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də İtaliyanın “İnter” klublarının U-16 komandaları artıq turnirdə öz iştiraklarını təsdiqləyib.

Qabil YUSİFOĞLU
XQ

İdman