Azərbaycanı Meksikadakı Qran-Pridə 11 cüdoçu təmsil edəcək

post-img

Cüdo üzrə Azərbaycan yığmasının Meksikanın Qvadalaxara şəhərində keçiriləcək Qran-Pri turniri üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından XQ-yə bildirilib ki, ölkəmiz yarışda 7 çəki dərəcəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Yığmanın heyətində Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Yaşar Nəcəfov (hər ikisi 66 kiloqram), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Vüsal Qələndərzadə, Zelim Tçkayev (hər ikisi 81 kiloqram), Murad Fətiyev (90 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Uşanqi Kokauri (+100 kiloqram) güclərini yoxlayacaqlar.

Oktyabrın 17-19-da təşkil olunacaq Qran-Pridə 35 ölkədən 248 idmançı (154 kişi, 96 qadın) mübarizə aparacaq.

İdman