III MDB Oyunları: Azərbaycan qılıncoynadanları növbəti bürünc medalı təmin ediblər

post-img

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qılıncoynatma üzrə yarışlar davam edir.

XQ xəbər verir ki, Gəncə İdman Sarayında reallaşan yarışlarda Azərbaycan təmsilçiləri daha bir bürünc medalı özləri üçün təmin ediblər. Şpaqa növündə mübarizə aparan təmsilçilərimiz Mirxətai Məmmədov və Vahab Fətullayev 1/4 finalda bir-birlərinə rəqib olublar. Bu cütün qalibi yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı özü üçün təmin edəcək.

Digər təmsilçimiz Misirzadə Oruc isə yarımfinala gedən yolda Nurməhəmməd Muminovla (Özbəkistan) qarşılaşacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

İdman