Şəhriyar FIDE reytinqində 2 pillə irəliləyib

post-img

Şəhriyar Məmmədyarov (2742) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinqində iki pillə irəliləyib. FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli qrossmeyster hazırda 14-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2655) 62-ci, Eltac Səfərli (2630) 100-cü yerdədir.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2410) 35-ci pilləyədək irəliləyib. Günay Məmmədzadə (2390) 51-ci, Gövhər Beydullayeva (2362) 73-cü, Xanım Balacayeva (2351) 87-ci yerdədir.

Qadın şahmatçıların sıralamasında isə çinli Hou İfan (2617) liderdir.

Qabil YUSİFOĞLU
XQ

İdman