Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub. 70 kiloqramda təmsilçimiz Rza Rzayev 1/16 final çərçivəsində Qleb Herdtlə (İsrail) qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib. O, növbəti görüşdə ilk mərhələdən azad olan Akaki Basariya (Gürcüstan) ilə üz-üzə gələcək.
75 kiloqramdakı boksçumuz Abbasqulu Şadlinski 1/16 finalda Gerasimos Tzavarosa (Yunanıstan) qalib gəlib – 5:0. Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçin i (Albaniya) qarşılaşacaq.
Hər iki boksçumuz 1/8 final döyüşünə bu gün çıxacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ