Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 131-ci ildönümünə həsr olunmuş “Olimpiya günü” keçiriləcək.
Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) məlumat verilib.
Tədbir MOK-un təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Azərbaycan Kəndirlə Mübarizə və Atletika federasiyalarının dəstəyi ilə gerçəkləşəcək.
Qeyd edək ki, “Olimpiya günü” tədbiri oktyabrın 18-də baş tutacaq.
Qabil YUSİFOĞLU
XQ