Azərbaycan–Ukrayna-1:1

post-img

Dünən DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun oyunları keçirilib. Azərbaycan millisi Bakıda Tofiq Bəhramov adına Respublika stadionuda Ukrayna komandasını qəbul edib. Oyunun birinci hissəsində hesab açılmayıb. 51-ci dəqiqədə Georgiy Sudakov ukraynalıları önə çıxarıb–1:0.

72-ci dəqiqədə millimizin kapitanı Emin Mahmudov penaltidən hesabı bərabərləşdirib – 1:1. Bununla da Emin millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçu kimi tarixi rekorda imza atıb.

Ayxan Abbasovun baş məqçiliyi ilə millimiz ilk görüşü heç-heçə başa çatdırıb. 

Q.ƏLİYEV
XQ

 

İdman