Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin 4-cü günündə oğlanlar arasında 1/4, qızlarda 1/2 final mərhələsi başa çatıb.
Azərbaycan millisinin daha 9 oğlan boksçusu günü qələbə ilə başa vuraraq, adını yarımfinala yazdırıb. Qızlardan ibarət yığmanın üzvləri Aylin Nəzərova, Nurgül Ocaqova (hər ikisi 46 kq), Əminə Tağı (50 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.
Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışa mayın 21-də yekun vurulacaq.
L.AZAD
XQ