Atletlərimizin Avropa uğuru

post-img

Çexiyanın Trutnov şəhərində təchizatla benç-press, didlift və strikt-körl idman növləri üzrə Avropa çempionatı keçirilib.

40 ölkədən 500-ə qədər idmançının iştirak etdiyi yarışda Azərbaycanı 3 idman növü üzrə 16 atlet təmsil edib. Yığmamızın üzvlərindən Əli Əliyev, Famil Məhərrəmov, Vüqar Namazov,  Məhəmməd Hüseynov, Muhəmməd Nağıyev, Mehdi Hacızadə, Zaur Abbasov, Sultan Sultanov, Məhəmməd Yusifov,  Turan Qədimli, Vadim Zelenov, Muhəmməd Nağıyev, Mehdi Hacızadə 1-ci yeri tutublar. İlkin Namazov, Seymur Quliyev, Cəlil Əliyev, Sadiq Musayev isə 2-ci yerə layiq görülüblər. 

L.AZAD 
XQ

İdman