Azərbaycan gimnastları Zöhrə Cəfərova və Gövhər İbrahimova Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa kubokunda çoxnövçülük yarışında finala yüksəliblər.
Zöhrə Cəfərova halqa, top, gürzlər və lentlə hərəkətlərdə 100,981 xal toplayıb və təsnifat mərhələsində altıncı yeri tutub. İbrahimova da 100,663 xalla ondan sonrakı pillədə qərarlaşıb.
Qeyd edək ki, finala çıxan 16 gimnast mübarizəni mayın 18-də “Cross Battle” formatında davam etdirəcək.
L.AZAD
XQ