Faiq Həsənov 2-ci dəfə “Ginnesin Rekordlar Kitabı”nda

post-img

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov ikinci dəfə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

O, 55 il 277 gün “Televiziya Şahmat Klubu” verilişinin müəllifi və aparıcısı kimi rekord müəllifi olub. “Televiziya Şahmat Klubu” “Ginnesin Rekordlar Kitabı” tərəfindən ən uzun müddət efirdə yayımlanan idman proqramı kimi təsdiqlənib. 

Ötən ay Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi “Ginnesin Rekordlar Kitabı”nın xüsusi diplomuna layiq görülmüşdü. 

L.QURBANOVA
XQ

İdman