Dünya reytinqinə karateçimiz başçılıq edir

post-img

Karate üzrə üçqat dünya çempionu İrina Zaretska (68 kq) dünya reytinqində liderliyini davam etdirir.

Azərbaycan millisinin atletinin hesabında 6645 xal var. Analıq məzuniyyətindən sonra tatamiyə qayıdan idmançı Qahirədə Premyer Liqa mərhələsində iştirak edib. Zaretskanın 1/4 finala yüksələ bilməməsinə baxmayaraq, turnir ona 150 xal qazandırıb.

Qeyd edək ki, hazırda karateçimiz mayın 30-da Mərakeşin Rabat şəhərində start götürəcək analoji turnirə hazırlaşır.

L.QURBANOVA
XQ

 

İdman