Uşaqların qaçış yarışı

post-img

Dünya Uşaq Atletikası Günü münasibətlə Bakıda “KidsRunFest” adlı tədbir keçirilib.

Yarışda 8-13 yaşlı 200-dən artıq uşaq mübarizə aparıb. Dənizkənarı Bulvar ərazisində keçirilən yarışda iştirakçılar müxtəlif məsafələrə qaçışda öz güclərini sınayıblar. Müxtəlif yaş kateqoriyalarında qızlar və oğlanlar arasında 600, 800, 1000 və 1200 metr məsafələr üzrə qaliblər müəyyənləşib.

L.QURBANOVA
XQ

İdman