Qubada yeniyetmə cüdoçular arasında Avropa Kuboku yarışı start götürüb.
Turnirin 1-ci günündə komandamız uğurla çıxış edərək medallar qazanıb.
Komandamızın hesabına qızıl medalları Anar Quliyev (50 kq), Zeyd Ələsgərov (60 kq), Nuranə Hacızadə (48 kq) yazdırıblar. Rəsul Əlizadə (55 kq), Fəxri Sahibzadə (66 kq), Leyla Ələkbərova (48 kq) gümüş medala sahib olublar. İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq), Hüseyn Hüseynov (66 kq), Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medal əldə ediblər.
Mayın 4–də başa çatacaq yarışda 10 ölkədən 354 cüdoçu (213 oğlan, 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır.
L.QURBANOVA
XQ