“Çətin məsələ” Qaxda

post-img

Qax Dövlət Kukla Teatrında 2025-ci ilin repertuar planına daxil edilən Rafiq Səməndərin “Çətin məsələ” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər başa çatıb və tamaşaya ictimai baxış keçirilib.

Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, İlmar Abdullayev, Araz Mehrablı, Azər Kərimov, Cəbrayıl Quluşov və Elnarə Razıyeva ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Yusif Abdurahmanov bildirib ki, kollektiv yeni tamaşa ilə həm teatrda, həm də rayonun kəndlərində uşaqlar qarşısında çıxış etməyi planlaşdırır.

Hazırda teatrda, eyni zamanda, builki repertuar plana daxil edilən digər tamaşa – Voymil Ramadanın “Balaca pəri” əsəri üzərində məşqlərə də başlanılıb.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri



Mədəniyyət