Azərbaycan akrobatı Ağasif Rəhimov Lüksemburqda keçirilmiş Avropa çempionatında xüsusi mükafata layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyasından bildirilib ki, Raziyə Seyidli ilə qarışıq cütlük proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxmış idmançıya “Shooting star” mükafatı təqdim olunub.
O, templə hərəkətlərin icrasında fərqlənib.
Qeyd edək ki, milli komanda yarışları 1-i qızıl, 4-ü gümüş, 3-ü bürünc olmaqla, 8 medalla başa vurub. Bununla Azərbaycanın akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qadın və kişi qrupu Avropa çempionatında fəxri kürsüyə qalxıb.
L.QURBANOVA
XQ