Triatlon üzrə Azərbaycan millisinin üzvləri Serik şəhərində keçirilən Türkiyə Kubokunda iştirak ediblər.
Yarışda 2011-ci il təvəllüdlü idmançılar arasında təmsilçimiz Raul Mahmudov qızıl medal qazanıb. 2012-ci il təvəllüdlülər arasında Şamil Dövlətov 7-ci olub. 2008–2010-cu il təvəllüdlü idmançılardan Əli Rzazadə finiş xəttini 14-cü, Tamerlan Musayev 22-ci, Teymur Cəfərov 26-cı keçib. Bu yaş kateqoriyasında 56 triatlonçu mübarizə aparıb.
L.QURBANOVA
XQ