Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan “Prezident Kuboku-2025” beynəlxalq reqatasında iştirak edəcək ölkələr müəyyənləşib.
Yarışda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan mübarizə aparacaq.
Xatırladaq ki, “Prezident Kuboku” reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib. Yarışlar aprelin 28-dən mayın 2-dək davam edəcək.
L.QURBANOVA
XQ