Karateçilərimiz Qran-pri qalibi olublar

post-img

Azərbaycan karateçiləri Bakıda keçirilən Qran-Pri turnirində uğurla çıxış edərək, ümumkomanda hesabında 1-ci yeri tutublar.

Təmsilçilərimiz 177 medal (42 qızıl, 49 gümüş, 86 bürünc) qazanıblar. Qazaxıstan (11 qızıl, 4 gümüş, 8 bürünc) 2-ci, Türkiyə (8 qızıl, 8 gümüş, 7 bürünc) 3-cü pillədə qərarlaşıb.

Yarışda 14 ölkəni təmsil edən 1200-ə yaxın karateçi iştirak edib. Yarışlar həm kata, həm də kumite üzrə müxtəlif yaş və çəki kateqoriyalarında təşkil olunub.

L.AZAD
XQ

İdman