AFFA 3 klubu cərimələyib

post-img

AFFA-nın İntizam Komitəsinin iclasında Misli Premyer Liqasının XXIX turunda baş verənlər müzakirə olunub.

“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaqların futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd etdiyinə görə, 2 oyun cəzalandırılıb. “Turan Tovuz” klubu 2 min manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah” – “Kəpəz” matçı bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə klubu 1500 manat ziyana düşüb. “Araz-Naxçıvan” – “Sumqayıt” görüşündə qonaqların azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 1000 manat cərimələnib.

L.AZAD
XQ

 

İdman