Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ciu-citsu üzrə Ajp Pro beynəlxalq turnirində Azərbaycan idmançıları 2 medal qazanıblar.
Bu barədə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası məlumat verib. Qızıl medalı komandamızın aktivinə Sənan Zeynalov yazdırıb. Ayaz Suleymanov isə gümüş medala yiyələnib.
L.AZAD
XQ