Cüdo komandamız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən Avropa Kubokunda 3 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb.
Yığmamızın aktivinə kişilər arasında qızıl medalı 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev yazdırıb. Bu çəki dərəcəsində Vüqar Talıbov bürünc medalı boynundan asıb. Komandamızın digər üzvləri Kərim Allahverdiyev (81 kq) gümüş, Kamran Süleymanov (73 kq) bürünc medal qazanıblar.
Qadınların yarışında Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Gültac Məmmədəliyeva (57 kq) 2-ci, Nərmin Əmirli (78 kq) 3-cü yerləri tutublar.
Bu nəticə ilə komandamız Avropa Kubokunda 39 ölkə arasında ilk pillədə qərarlaşıb.
L.AZAD
XQ