Avropa Kuboku: Azərbaycan cüdoçularının qazandıqları medalların sayı 3-ə çatıb

post-img

Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda Azərbaycan millisi daha 2 medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından XQ-ə verilən məlumata görə, 40 kiloqram çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və 44 kiloqramda qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc mükafata yiyələniblər.

Bununla da cüdoçularımızın Avropa Kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kiloqram) yarışd fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Avropa Kubokunda Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.

İdman