Şimali Makedoniyada gecə klubunda baş verən yanğında azı 50 nəfər ölüb

post-img

Şimali Makedoniyanın Koçani şəhərində gecə klubunda baş verən yanğın nəticəsində azı 50 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin rəsmiləri gecə saatlarında izdihamlı klubda baş verən yanğında onlarla insan öldüyü və ya yaralandığını açıqlayıblar.

Prokurorluq orqanları hadisə yerindədir. Yanğında ölənlərin və xəsarət alanların sayının müəyyənləşdirilirdiyi bildirilib.

Yanğın klubda konsert zamanı pirotexniki vasitələrdən istifadə edilərkən baş verib. Alov sürətlə yayılaraq binanın tavanına və damına keçib.

Faktla bağlı araşdırmalar aparılır.

Dünya